Futbol üzrə 2028-ci il UEFA Superkubokunun keçiriləcəyi məkan müəyyənləşib.
İdman.Biz xəbər verir ki, UEFA İcraiyyə Komitəsi Qazaxıstanın paytaxtı Astananı qarşılaşmanın ev sahibi kimi təsdiqləyib. Oyun “Astana Arena” stadionunda keçiriləcək.
Superkubokda ənənəvi olaraq Çempionlar Liqası və Avropa Liqasının qalibləri qarşılaşırlar.
Qeyd edək ki, Superkubokun 2027-ci il finalı isə Amsterdamda keçiriləcək.



