“Milan”da hücum xəttinin lideri geri döndü

15 Sentyabr 2026 12:07
197
“Milan”da hücum xəttinin lideri geri döndü

İtaliyanın “Milan” futbol komandası Kristian Pulişiçin qayıdışı ilə güclənib.

İdman.Biz xəbər verir ki, ABŞ-li futbolçu fiziki problemlərini arxada qoyaraq yenidən komanda ilə tam şəkildə çalışmağa başlayıb. Baş məşqçi Massimiliano Alleqri qarşıdakı oyunlarda onu hücumun arxasında əsas fiqurlardan biri kimi istifadə etməyə hazırlaşır.

Pulişiç “Milan”ın hücum quruculuğunda xüsusi rol oynayır. Onun meydanda olması komandaya həm cinahlardan, həm də mərkəzdən hücum etmək üçün əlavə imkan yaradır. ABŞ-li futbolçunun qol və məhsuldar ötürmə potensialı da onu heyətin ən vacib oyunçularından birinə çevirir.

İtaliya mətbuatının yazdığına görə, Pulişiçin qayıdışı Alleqrinin hücumameylli yarımmüdafiə xəttində seçimlərini də artırır. “Milan”da bu mövqe uğrunda rəqabət olsa da, 27 yaşlı futbolçu hazırda əsas namizədlərdən biri hesab edilir.

İdman.Biz