UEFA Çempionlar Liqasının 2028 və 2029-cu il finallarının keçiriləcəyi stadionlar məlum olub.
İdman.Biz xəbər verir ki, 2029-cu ilin finalı İspaniyanın Barselona şəhərindəki “Kamp Nou” stadionunda təşkil olunacaq.

2028-ci ilin həlledici qarşılaşması isə Almaniyanın Münhen şəhərində yerləşən “Alyans Arena”da keçiriləcək.

2029-cu ilin finalına ev sahibliyi uğrunda “Kamp Nou” ilə yanaşı, Londondakı “Uembli” stadionu da namizəd idi. 2028-ci il finalı üçün isə Münhen yeganə namizəd şəhər olub.
2027-ci il UEFA Çempionlar Liqasının finalı İspaniyanın Madrid şəhərindəki “Metropolitano” stadionunda keçiriləcək. Oyun 5 iyun 2027-ci il tarixinə planlaşdırılıb.
