Zidan “Liverpul”un gənc müdafiəçisini Fransa millisinin siyahısına saldı

15 Sentyabr 2026 11:23
93
Zidan “Liverpul”un gənc müdafiəçisini Fransa millisinin siyahısına saldı

İngiltərənin “Liverpul” futbol komandasının müdafiəçisi Jeremi Jake Fransa millisinin ilkin heyətinə daxil edilib.

İdman.Biz xəbər verir ki, 21 yaşlı futbolçu Zinəddin Zidanın milli komandanın baş məşqçisi kimi ilk toplanışı üçün hazırladığı geniş siyahıda yer alıb.

Yayda “Renn”dən 70 milyon avroya (136 milyon AZN) transfer olunan müdafiəçi Premyer Liqada qısa müddətdə diqqət çəkməyi bacarıb. O, son olaraq “Fulhem”lə 0:0 hesablı görüşdə qapı xəttindən top çıxarması və müdafiədə fəal oyunu ilə fərqlənib.

Məlumata görə, Zidanın məşqçilər korpusu İngiltərə çempionatında çıxış edən digər fransalı futbolçuları da yaxından izləyir. “Sanderlend”dən Enzo Le Fe, “Brayton”dan Olivye Boskali və “Komo”dan Lukas Da Kunya da ilkin siyahıya salınıb.

Fransa millisinin yekun heyətinin cümə günü açıqlanacağı gözlənilir. Jeremi Jakenin həmin siyahıda yer alacağı halda, bu onun əsas milli komandaya ilk dəvəti olacaq.

İdman.Biz