Şotlandiyanın “Seltik” futbol komandasında Kamilo Duranın mövqeyi müzakirə mövzusuna çevrilib.
İdman.Biz xəbər verir ki, Şotlandiya millisinin sabiq futbolçusu Maykl Stüart kolumbiyalının “Reyncers”ə 0:3 hesabı ilə uduzulan kubok oyununda əvvəlki matçlarla müqayisədə zəif təsir bağışladığını bildirib. Onun fikrincə, Duranın mərkəz hücumçusu mövqeyindən yenidən sağ cinaha keçirilməsi futbolçunun oyununa təsir edib.
Duran Kasper Höq zədəli olduğu müddətdə hücumun mərkəzində çıxış edib və həmin dövrdə üç qol vuraraq iki məhsuldar ötürmə edib. Höq sıraya qayıtdıqdan sonra isə “Qarabağ”ın sabiq futbolçusu yenidən cinahda oynadılıb.
24 yaşlı hücumçu “Seltik”də bütün turnirlərdə keçirdiyi ilk 10 oyunda altı qol və üç məhsuldar ötürmə ilə yadda qalıb.
Qeyd edək ki, Kamilo Duran 2025-ci ilin yayında “Qarabağ”a keçib və Ağdam klubunun heyətində 45 oyunda 15 qol vurub. 24 yaşlı hücumçu 2026-cı ilin iyulunda “Seltik”ə transfer olunub. Transfer məbləğinin 5,5 milyon avro olduğu bildirilir.
