5 qol “Mançester Siti”ni lider edib

Xəbərlər
14 Aprel 2024 00:13
322
5 qol “Mançester Siti”ni lider edib

İngiltərə çempionu 33-cü turda böyükhesablı qələbə qazanıb.

İdman.biz xəbər verir ki, “Mançester Siti” öz meydanında “Luton”un qapısından 5 top keçirib.

Debütant buraxılan qollardan yalnız birinin əvəzini çıxa biliblər. Bu qələbədən sonra hesabında 73 xal olan “şəhərlilər” 1-ci pilləyə yüksəliblər.

“Tottenhem” səfərdə ağır məğlubiyyət alıb. “Nyukasl”ın qonağı olan London təmsilçisi qapısından 4 cavabsız top buraxıb.

“Mançester Yunayted” səfərdə “Bornmut”un müqavimətini qıra bilməyib - 2:2.

İngiltərə Premyer Liqası
33-cü tur

“Nyukasl” – “Aston Villa” – 4:0
“Mançester Siti” – “Luton” – 5:1
“Bretnford” – “Şeffild Yunayted” – 2:0
“Bernli” – “Brayton” – 1:1
“Nottingem Forest” – “Vulverhempton” – 2:2
“Bornmut” – “Mançester Yunayted” – 2:2

İdman.biz