La Liqa prezidenti Peresin futbola təsirindən danışıb

Xəbərlər
12 Aprel 2024 19:58
614
La Liqa prezidenti Peresin futbola təsirindən danışıb

İspaniya La Liqasının prezidenti Xavyer Tebas Florentino Peres haqqında danışıb.

İdman.biz xəbər verir ki, o, “Real”ın rəhbərinin müasir futbola böyük təsir etdiyini bildirib.

Tebas Superliqa ideyasını vurğulayaraq, Peresin heç vaxt məğlub olmadığını deyib: “Superliqa? Florentino heç vaxt uduzmur. O, uzun illər məni La Liqadan uzaqlaşdırmağa çalışır. Superliqa – idarəetmə modelidir. Peres çox qazanıb və gəlirləri digər iştirakçılar arasında həmrəy bölüşdürülməsini nəzərdə tutulacağını bildirib. Onun təsiretmə gücü çoxdur. Bu, ölkə futboli çox pisdir”.

Qeyd edək ki, Peresin Avropa Superliqa ideyası UEFA və FİFA tərəfindən müsbət qarşılanmayıb.

İdman.biz