Arteta “Arsenal”ın çempionluq şansı barədə...

Xəbərlər
5 Aprel 2024 21:17
772
Arteta “Arsenal”ın çempionluq şansı barədə...

Mikael Arteta “Arsenal”ın İngiltərə çempionu olmaq şanslarını dəyərləndirib.

İdman.biz xəbər verir ki, ispaniyalı mütəxəssis komandasının uğur qazanmaq imkanının yüksək olduğunu bildirib.

Arteta son tura kimi mübarizə gedəcəyini proqnozlaşdırıb: “Səviyyə çox yüksəkdir. Liqada son 6-7 ildə belə mübarizə gedib. Fərq çox azdır və gəlin rəqəmlərə son turdan sonra nəzər yetirək. Əgər her şey belə davam edərsə, bizim çempion olmaq üçün yaxşı şansıımz var”.

Qeyd edək ki, “Arsenal” 30 turdan sonra 68 xalla Premyer Liqada 2-ci pillədə qərarlaşıb. “Topçular” lider “Liverpul”dan 2 xal geri qalır və “Mançester Siti” 1 xal qabaqlayır.

İdman.biz