Avtomobili oğurlanan futbolçu güllələnib

Xəbərlər
4 Aprel 2024 18:41
159
Avtomobili oğurlanan futbolçu güllələnib

Cənubi Afrikada “Kayzer Çifs”in futbolçusu Lyuk Flers güllələnib.

İdman.biz xəbər verir ki, hadisə oğurluq zamanı baş verib.

Aprelin 3-də Flersin avtomobilini oğurlamaq istəyənlər ona atəş açıblar. Nəticədə 24 yaşlı futbolçu dünyasını dəyişib. Hadisə Yohannesburqda gecə saatlarında baş verib. “Kayzer Çifs” hadisə ilə baölı Lyukun ailəsinə baş sağlığı verib.

Qeyd edək ki, Flers ötən ilin oktyabrından “Kayzer Çifs”in şərəfini qoruyub. Bunadək o, “Supersport Yunayted” və “Ubuntu Keyptaun” klublarında çıxış edib.

İdman.biz