Şənbə günü, sentyabrın 9-da Almaniya və Yaponiya milli komandaları arasında yoldaşlıq oyunu keçirilib. Görüş Almaniyanın Volfsburq şəhərindəki "Volkswagen Arena"da baş tutub. Saat 22:45-də start fiti səslənib. Oyun qonaqların böyük hesablı qələbəsi ilə yekunlaşıb - 4:1.
Yaponiya yığması ilk qolunu 11-ci dəqiqədə vurub. Qolu hücumçu Junya İto vurub. 8 dəqiqə sonra almanlar hesabı bərabərləşdirdi. 19-cu dəqiqədə Leroy Sanenin zərbəsi dəqiq olub. Üç dəqiqə sonra Ayase Ueda qonaqları hesabda irəli çıxarıb. İkinci hissənin sonunda Almaniya daha iki dəfə qol buraxıb. Əvvəlcə 90-cı dəqiqədə "Bohum"un hücumçusu Takuma Asano topu Mark-Andre ter Ştegenin qapısına göndərib, 90+2-ci dəqiqədə isə Ao Tanaka yekun nəticəni tabloda müəyyənləşdirib.
Qeyd edək ki, bu komandalar sonuncu dəfə 2022-ci il noyabrın 23-də Qətərdə keçirilən dünya çempionatında üz-üzə gəlib. Oyunda Yaponiya qalib gəlib (2:1).
Yoldaşlıq oyunları (milli komandalar) - 2023. Yoldaşlıq oyunları
09 sentyabr 2023, şənbə. 22:45
Almaniya - Yaponiya - 1:4
0:1 Ito – 11' 1:1 Zane – 19' 1:2 Ueda – 22' 1:3 Asano – 90' 1:4 Tanaka – 90+2'
İdman.biz