Donnarumma: “Azarkeşlərin yenidən milli komandaya aşiq olması üçün çalışmalıyıq”

25 Sentyabr 2026 11:59
73
Donnarumma: “Azarkeşlərin yenidən milli komandaya aşiq olması üçün çalışmalıyıq”

İtaliya millisinin qapıçısı Canluici Donnarumma azarkeşlərin milli komandaya olan sevgisini yenidən qaytarmaq istədiklərini bildirib.

Xatırladaq ki, İtaliya yayda keçirilən dünya çempionatını televiziyadan izləməli olub. Hazırda Roberto Mançini yenidən baş məşqçi postuna qayıdıb və o, milli komanda ətrafında yaranmış atmosferi dəyişməyə çalışacaq.

Donnarumma İtaliya millisinin üzvü kimi keçirdiyi yay aylarının onun üçün çətin olduğunu gizlətməyib.

İdman.Biz xəbər verir ki, o bu barədə "Sky Sport"a açıqlamasında bildirib.

“Bunu təsvir etmək mənim üçün çətindir, amma çox fərqli və uzun bir yay oldu. İndi başlamaq üçün böyük istəyimiz var. Yeni dövrə qədəm qoyuruq və yeni yolla getməliyik.

Azarkeşlərin məyus olmağa haqqı var. Onların yenidən milli komandanın formasına aşiq olması üçün lazım olan enerjini yaratmaq bizim öhdəmizdədir”, - deyə Donnarumma vurğulayıb.

Qeyd edək ki, İtaliya bu gün axşam UEFA Millətlər Liqasının ilk turunda doğma meydanda Belçikanı qəbul edəcək.

İdman.Biz
Məqalədə: