“Mançester Yunayted”in və İngiltərə millisinin sabiq hücumçusu Ueyn Runi ailə tarixçəsi ilə bağlı maraqlı açıqlama verib.
İdman.Biz xəbər verir ki, 40 yaşlı sabiq hücumçu "Disney+" platformasına müsahibəsində yəhudi köklərinin olduğunu açıqlayıb.
40 yaşlı sabiq hücumçu bunu Polşada ailəsi ilə birlikdə Auşvitz həbs düşərgəsinə ziyarətəti zamanı bildirib. Runi həyat yoldaşı və oğulları ilə birlikdə nasist Almaniyasının 1940-1945-ci illərdə fəaliyyət göstərmiş ölüm düşərgələri kompleksinin ərazisini ziyarət edib.
Runi bildirib ki, anasının nənəsinin və onun ailəsinin polşalı yəhudilər olduğunu yaxın vaxtlarda öyrənib.
