Misli Premyer Liqasında yaranmış fasilə ilə əlaqədar üç gün istirahət edən “Araz-Naxçıvan” futbol klubu yeni baş məşqçi Yuri Maksimovun rəhbərliyi altında ilk məşqinə çıxıb.
İdman.Biz xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Məşqdən öncə Y.Maksimov rəhbərlik tərəfindən komandaya təqdim olunub, daha sonra kollektiv iki saata yaxın çalışıb.
Milli yığmalara yollanan dörd oyunçu - Mustafa Əhmədzadə, Ceyhun Nuriyev, Ağadadaş Salyanski və Abdallah Sudi istisna olmaqla, digər üzvlər tam heyətlə prosesə qatılıblar.
