UEFA Çempionlar Liqasının əsas mərhələsində keçiriləcək “Sabah” - “Slaviya” (Praqa) qarşılaşması ilə əlaqədar azarkeşlərin Bakı Olimpiya Stadionuna gediş-gəlişi üçün xüsusi nəqliyyat təşkil olunacaq.
İdman.Biz xəbər verir ki, oyun öncəsi xüsusi avtobuslar Qara Qarayev və Gənclik metrostansiyalarından Bakı Olimpiya Stadionuna hərəkət edəcək.
Bakı Metropoliteni də qarşılaşma günü xüsusi iş rejimində fəaliyyət göstərəcək.
Azarkeşlərə stadiona oyunun başlamasına üç saat qalmış gəlmək tövsiyə olunur. Erkən gələn tamaşaçılar Fan Zonada təşkil ediləcək tədbirlərə qatılaraq matçöncəsi atmosferi yaşaya biləcəklər.
Qarşılaşmadan sonra da xüsusi avtobuslar fəaliyyət göstərəcək. Stadiondan Qara Qarayev və Gənclik metrostansiyalarına, həmçinin Binə qəsəbəsi istiqamətinə avtobuslar ayrılacaq.
Xatırladaq ki, “Sabah” oktyabrın 13-də Çempionlar Liqasının liqa mərhələsinin ikinci turunda Çexiyanın “Slaviya” klubunu qəbul edəcək. Bakı Olimpiya Stadionunda keçiriləcək qarşılaşma saat 20:45-də başlayacaq.
