“Barselona”nın Lautaro Martineslə bağlı planı üzə çıxdı

25 Sentyabr 2026 12:22
80
“Barselona”nın Lautaro Martineslə bağlı planı üzə çıxdı

İspaniyanın “Barselona” futbol klubu bu yay yeni hücumçu axtarışında olub.

İdman.Biz bu barədə İspaniya KİV-də nəşr ediln məlumata istiandən xəbər verir.

Belə ki, “Atletiko Madrid”in futbolçusu Xulian Alvares komandanın əsas transfer hədəflərindən biri kimi tanınsa da, kataloniyalıların “İnter”in hücumçusu Lautaro Martineslə də maraqlandığı məlum olub.

“Barselona”nın idman direktoru Dekonun sözlərinə görə, 29 yaşlı argentinalı futbolçu klubun transfer siyahısında yer alıb.

“Lautaro möhtəşəm futbolçudur. O, “İnter”də əfsanəyə çevrilib və hazırda komandanın kapitanıdır.

“Barselona”ya uyğun ola biləcəyini düşündüyümüz hücumçulardan biri idi. Lakin “İnter”in prezidenti onun satışa çıxarılmadığını bizə bildirdikdən sonra hörmət əlaməti olaraq onunla bağlı danışıqları davam etdirmədik”, - deyə Deko açıqlamasında bildirib.

Qeyd edək ki, Lautaro Martines 2018-ci ildən “İnter”də çıxış edir. “Transfermark”in məlumatına görə, argentinalı hücumçu Milan klubunun heyətində keçirdiyi 381 oyunda 179 qol vurub.

İdman.Biz