Messinin Argentina millisində vida matçının biletləri dörd dəqiqəyə satıldı

25 Sentyabr 2026 09:43
83
Messinin Argentina millisində vida matçının biletləri dörd dəqiqəyə satıldı

Argentinada Lionel Messinin milli komandadakı vida matçına hazırlıq davam edir.

Argentina yığması oktyabrın 6-da Buenos-Ayresdəki “El Monumental” stadionunda Beninlə qarşılaşacaq.

İdman.Biz "TNT Sports Argentina"ya istinadən məlumat verir ki, sözügedən oyunun bütün biletləri cəmi dörd dəqiqəyə satılıb.

Qeyd edək ki, “El Monumental” stadionu 85 min tamaşaçı tutumuna malikdir.

Lionel Messi Argentina millisində debütünü 2005-ci ildə edib. 39 yaşlı hücumçu “Albisaleste”nin heyətində keçirdiyi 207 oyunda 125 qol vurub və 68 məhsuldar ötürmə edib.

Messi milli karyerasını başa vurmaq qərarını avqustun sonunda açıqlayıb. Beləliklə, oktyabrın 6-da Beninə qarşı keçiriləcək görüş onun Argentina millisində sonuncu oyunu olacaq.

İdman.Biz