ÇL: 1/4 finalçılar bəlli olub

Xəbərlər
14 Mart 2024 03:04
496
ÇL: 1/4 finalçılar bəlli olub

Çempionlar Liqasında 1/8 finala yekun vurulub.

İdman.biz xəbər verir ki, bütün 1/4 finalçıların adına aydınlıq gəlib.

İki oyunun nəticəsinə görə, “Barselona”, “Real”, “Atletiko”, “Mançester Siti”, “Arsenal”, “Bavariya”, “Borussiya D”, PSJ növbəti mərhələyə yüksəliblər. ÇL-də İspaniyanın 3 təmsilçisi mübarizəni davam etdirəcək. İtaliyanın klubları turnirlə vaxtından əvvəl vidalaşıblar.

1/4 finalın püşkatması martın 15-də Bakı vaxtı ilə saat 15:00-da start götürəcək.

Qeyd edək ki, turnirin son qalibi “Mançester Siti” olub.

İdman.biz