Xulian Alvares agentini dəyişmək istəyir

17 Sentyabr 2026 20:06
114
Xulian Alvares agentini dəyişmək istəyir

Futbolçu Xulian Alvares bu yay “Barselona”ya keçidinin baş tutmamasından sonra uzun müddətdir birlikdə çalışdığı agenti Fernando Hidalqo ilə yollarını ayırmağı düşünür.

İdman.Biz xəbər verir ki, “Atletiko Madrid”in hücumçusu klubdan ayrılaraq “Barselona”ya keçmək istəyinin reallaşmamasından sonra təmsilçisini dəyişməyi nəzərdən keçirir. Kataloniya klubunun yanvar ayında Argentina millisinin üzvünü transfer etməkdə yenidən maraqlı ola biləcəyi bildirilir.

Alvares karyerası ərzində Hidalqo tərəfindən təmsil olunub. Lakin futbolçunun dostu və Argentina millisindəki komanda yoldaşı Enzo Fernandesin agenti Xavier Pastore ilə əlaqə saxladığı qeyd olunur.

Məlumata görə, Alvares və onun ətrafı Hidalqonun yayda baş verən prosesləri düzgün idarə etmədiyini düşünür. Agentin “Atletiko” ilə münasibətlərinin də yaxşı olmadığı bildirilir. Madrid klubu Alvaresin komandadan ayrılmasını asanlaşdırmaq cəhdinin uğursuz alınmasına görə Hidalqonu qismən məsul hesab edir.

İdman.Biz