Fransa millisinin və “Real Madrid” klubunun futbolçusu Kilian Mbappe “Qızıl top” mükafatından danışıb.
İdman.Biz AS nəşrinə istinadən xəbər verir ki, Mbappe mükafatın Madrid klubunun futbolçusuna təqdim olunmasını istədiyini bildirib.
“Qızıl top”un “Real”a qayıtmasını çox istəyirəm. O, “Bernabeu”ya, madridistlərə, bütün bu insanlara qayıtmalı və onlara sevinmək üçün səbəb verməlidir. Onlar bundan hamıdan çox layiqdirlər”, - deyə Mbappe söyləyib.
"Qızıl top"un mükafatlandırma mərasimi 26 oktyabr 2026-cı ildə Londonda keçiriləcək.
