Mbappe Yamal haqqında: “Onun əla karyerası olacaq”

17 Sentyabr 2026 19:09
104
Mbappe Yamal haqqında: “Onun əla karyerası olacaq”

“Real Madrid”in hücumçusu Kilian Mbappe “Barselona”nın 19 yaşlı futbolçusu Lamin Yamal haqqında fikirlərini bölüşüb.

İdman.Biz AS nəşrinə istinadən xəbər verir ki, Mbappe Yamalın çox istedadlı futbolçu olduğunu bildirib.

“Lamin Yamal? Düşünürəm ki, o, çox istedadlı futbolçudur və mənim bir hissəm hiss edir ki, onun əla karyerası olacaq. Ona hər şeyin ən yaxşısını arzulayıram”, - deyə Mbappe deyib..

Qeyd edək ki, Yamal ötən mövsüm bütün turnirlərdə 7 oyunda 8 qol və 4 məhsuldar ötürmə ilə yadda qalıb. Onun “Barselona” ilə müqaviləsi 2031-ci ilin yayına qədər qüvvədədir.

“Transfermarkt”a görə, futbolçunun bazar dəyəri 220 milyon avrodur (440 milyon manat).

İdman.Biz