Neymar və Vinisius Junior mərc reklamlarına görə yoxlamaya cəlb olunublar

17 Sentyabr 2026 19:38
96
Neymar və Vinisius Junior mərc reklamlarına görə yoxlamaya cəlb olunublar

Braziliya millisinin futbolçuları Neymar və Vinisius Junior ölkələrində mərc reklamları ilə bağlı yoxlamaya cəlb olunublar.

İdman.Biz xəbər verir ki, rəsmi qurumlar artıq qumar platformalarının təbliğindəki roluna yönəlmiş profilaktik tədbir çərçivəsində bir sıra məşhur şəxslərə xəbərdarlıq edib.

Siyahıda Ronaldo Nazario, Qalvau Bueno, Adriane Qalisteu, Leo Santana, Luçiano Huk, Vanderley Luksemburq və Kazimiro Migel də yer alıb.

İctimai şəxslərə mərc şirkətləri ilə reklam, sponsorluq və tərəfdaşlıq müqavilələrini nəzərdən keçirmək tövsiyə olunur.

Məşhurlardan müqavilələrin maliyyə şərtləri ilə yanaşı, operatorların məsuliyyətli qumar siyasətini, istehlakçıların müdafiəsi tədbirlərini və Braziliyanın reklam qaydalarına əməl olunmasını da nəzərə almağı tələb edilib.

Neymara tövsiyəni aldıqdan sonra tərəfdaşlığını davam etdirib-etdirməyəcəyini təsdiqləməsi üçün 10 iş günü vaxt verilib.

İdman.Biz