“Barselona” İspaniya La Liqasının altıncı turunda “Rasinq Santander”ə qarşı keçirilən matçdan (7:2) əvvəl Seuta sakinlərinə dəstək aksiyasında iştirakla bağlı tərəddüd edib.
İdman.Biz xəbər verir ki, bu barədə “Le360 Sport” məlumat yayıb.
Mənbənin məlumatına görə, klub rəhbərliyi mərakeş əsilli 19 yaşlı hücumçu Lamin Yamalın Seutaya dəstək məqsədilə xüsusi köynək geyinmək niyyətində olmadığını öyrəndikdən sonra aksiyada iştirak etməmək qərarına qətiləşdirib.
“Barselona”da Yamalın sosial şəbəkələrdə irqi təhqirlərə məruz qalmasının qarşısını almaq istəyiblər. Klub rəhbərliyi həmçinin gənc futbolçunu yeni mübahisəyə səbəb ola biləcək qərarı təkbaşına vermək məcburiyyətində olmadığını göstərmək istəyib.
Xatırladaq ki, 2026-cı ilin iyul ayının sonlarında Mərakeşdən olan təxminən 70-80 min miqrant sərhədi keçərək kütləvi şəkildə Seutaya daxil olub. Bu hadisə son illərdə İspaniyada ən böyük sərhəd böhranlarından birinə səbəb olub.
