Konte “Yuventus”, “Milan” və “Mançester Yunayted”dən təklif gözləyir

17 Sentyabr 2026 21:01
99
Konte “Yuventus”, “Milan” və “Mançester Yunayted”dən təklif gözləyir

Antonio Konte “Əl-Əhli” və “Fənərbağça”dan gələn təklifləri rədd etdikdən sonra yenidən baş məşqçi kimi fəaliyyətə başlamaq üçün düzgün layihə gözləyir.

İdman.Biz xəbər verir ki, bu barədə insayder Fabrizio Romano məlumat verib.

Konte 2025-2026 mövsümünün sonunda “Napoli”dən ayrıldıqdan sonra hələ də klubsuzdur.

Romanonun məlumatına görə, “Əl-Əhli” italiyalı mütəxəssisə sərfəli təklif göndərib. Lakin Konte Səudiyyə Ərəbistanı Pro Liqasına keçməkdə maraqlı olmayıb. O, həmçinin “Fənərbağça”nı çalışdırmaq variantını da rədd edib.

Bundan sonra Konte “Yuventus”, “Milan” və “Mançester Yunayted”lə əlaqələndirilib. Onun son olaraq “San Siro”da “Milan”ın “Benfika”ya qarşı oyununu izləməsi növbəti addımı ilə bağlı şayiələri daha da gücləndirib.

Konte son olaraq “Napoli” ilə A Seriyasının və İtaliya Superkubokunun qalibi olub.

İdman.Biz