“Real” “Elçe” ilə matçda qələbəni son dəqiqədə təmin etdi - YENİLƏNİB + VİDEO

16 Sentyabr 2026 01:54
794
“Real” “Elçe” ilə matçda qələbəni son dəqiqədə təmin etdi

İspaniya La Liqasının altıncı turunda “Elçe” və “Real Madrid” qarşılaşıb.

İdman.Biz xəbər verir ki, “Manuel Martines Valero” stadionunda keçirilən görüş Madrid klubunun 3:2 hesablı qələbəsi ilə başa çatıb.

“Real” ilk hissədə iki top fərqi ilə önə çıxıb. 25-ci dəqiqədə meydan sahiblərinin qapıçısı Matias Dituro avtoqolla yadda qalıb. Səkkiz dəqiqə sonra Kilian Mbappe fərqi artıraraq hesabı 2:0-a çatdırıb.

“Elçe” ikinci hissədə geri dönüş edib. 71-ci dəqiqədə Abyel Osorio fərqi azaldıb. 83-cü dəqiqədə isə Fer Nino hesabı bərabərləşdirib – 2:2.

Madrid klubu qələbə qolunu matçın son dəqiqələrində vurub. 90+1-ci dəqiqədə Karlos Espi Kilian Mbappenin ötürməsindən sonra fərqlənərək “Real”a 3:2 hesablı qələbə qazandırıb.

Bu nəticədən sonra Madrid təmsilçisi 6 turdan 15 xal toplayaraq turnir cədvəlinin ikinci pilləsində qərarlaşıb. “Elçe” isə 2 xalla sonuncu – 20-ci yerdədir. Turnir cədvəlinə bir oyun az keçirən “Barselona” 15 xalla başçılıq edir.

00:08

İspaniya La Liqasının altıncı turunda “Valensiya” səfərdə “Alaves”in qonağı olub.

İdman.Biz xəbər verir ki, qarşılaşma “Valensiya”nın 1:0 hesablı qələbəsi ilə başa çatıb.

Matçın taleyini həll edən yeganə qolu 78-ci dəqiqədə Luis Rioja vurub.

Bu qələbə “Valensiya” üçün 2026/2027 mövsümündə ilk olub. Qeyd edək ki, komanda cari mövsümdə keçirdiyi altı tur ərzində cəmi iki dəfə rəqib qapısına yol tapa bilib.

Qeyd edək ki, “Alaves” altı oyundan sonra ilk dəfə məğlub olub. Hazırda komanda 10 xalla turnir cədvəlində dördüncü pillədədir. “Valensiya” isə dörd xalla 17-ci sıradadır.

23:19

İspaniya La Liqasında altıncı turun ilk oyunu keçirilib.

İdman.Biz xəbər verir ki, “Rayo Valyekano” doğma meydanda “Espanyol”u qəbul edib. Gərgin mübarizə şəraitində keçən qarşılaşma meydan sahiblərinin 2:1 hesablı qələbəsi ilə başa çatıb.

Meydan sahibləri üçüncü dəqiqədə Alvaro Qarsiyanın qolu ilə hesabı açıb, 26-cı dəqiqədə Andria Pedrosa fərqi iki topa çatdırıb. Qonaqların qolunu isə 54-cü dəqiqədə Roberto Fernandes vurub.

Qarşılaşmada “Espanyol”un futbolçusu Ömar Əl-Hilali 90+8-ci dəqiqədə qırmızı vərəqə ilə meydandan qovulub.

Bu nəticədən sonra hər iki komandanın 7 xalı var. Əlavə göstəricilər “Espanyol”da daha yaxşı olduğundan turnir cədvəlində 8-ci, “Rayo Valyekano” isə 12-ci pillədə qərarlaşıb.

İdman.Biz