“Liverpul” - “Mançester Siti”: Qalib müəyyənləşməyib - VİDEO

Xəbərlər
10 Mart 2024 22:27
296
“Liverpul” - “Mançester Siti”: Qalib müəyyənləşməyib - VİDEO

Bu gün İngiltərə Premyer Liqasında 28-ci turun 4 oyunu baş tutub.

İdman.biz xəbər verir ki, turun mərkəzi görüşündə heç-heçə qeydə alınıb.

“Liverpul” və “Mançester Siti” hərəyə 1 qol vurub və 1 xal qazanıb. Bu nəticə “Arsenal”ı lider mövqeyində saxlayıb. Həm “Arsenal”, həm “Liverpul” 64 xal toplasa da, topların fərqinə görə, londonlular 1-ci pillədə qərarlaşıblar. Son çempion 1 xallıq fərqlə 3-cüdür.

“Aston Villa” öz meydanında ağır məğlubiyyət alıb. Birmingemlilər “Tottenhem”ə 0:4 hesabı ilə uduzublar.

İngiltərə Premyer Liqası
28-ci tur

“Aston Villa” – “Tottenhem” – 0:4
“Brayton” – “Nottingem Forest” – 1:0
“Vest Hem” – “Bernli” – 2:2
“Liverpul” – “Mançester Siti” – 1:1

İdman.biz