“Barselona” Rafinya ilə müqavilənin uzadılması üçün danışıqlara başlayıb

16 Sentyabr 2026 00:27
90
“Barselona” Rafinya ilə müqavilənin uzadılması üçün danışıqlara başlayıb

“Barselona” futbol klubu vinger Rafinya ilə yeni müqavilənin imzalanması istiqamətində danışıqlara start verib.

İdman.Biz xəbər verir ki, bu barədə “Sport.es” məlumat yayıb.

Kataloniya klubunun idman direktoru Deku braziliyalı futbolçu ilə restoranda görüşüb. Tərəflər vingerin 2028-ci ilə qədər qüvvədə olan hazırkı müqaviləsinin uzadılmasını müzakirə ediblər.

Qeyd olunur ki, bu, klubun yeni müqavilə ilə bağlı Rafinya ilə ilk təması olub. Bununla belə, tərəflər razılaşmanın əldə olunmasında tələsmirlər və əməkdaşlığı davam etdirmək niyyətindədirlər.

Hazırda Rafinya heç bir agentlə işləmir və danışıqları şəxsən özü aparır.

İdman.Biz