“Arsenal”ın futbolçusu Maks Douman “İpsviç Taun”la matçda (2:4) dubl edərək Premyer Liqa klubları tarixində əlamətdar nailiyyətə imza atıb.
İdman.Biz “Opta”ya istinadən xəbər verir ki, Douman bütün turnirlərdə Premyer Liqa təmsilçisinin heyətində bir oyunda iki qol vuran tarixdə cəmi ikinci 16 yaşlı futbolçu olub. Buna qədər bunu bacaran yeganə oyunçu 2002-ci ilin oktyabrında Liqa Kubokunda “Everton”un heyətində “Rrekshem”ə qarşı görüşdə dubl edən Ueyn Runi idi.
Douman “Portman Road” stadionunda keçirilən matçın yeddinci dəqiqəsində hesabı açıb. O, sol cinahdan başlayan fərdi reyd zamanı Sedrik Kipreni keçib və topu qapıçı Kristian Voltonun yanından tora göndərib.
Douman matçın 47-ci dəqiqəsində ikinci qolunu vuraraq dublunu rəsmiləşdirib. O, Martin Subimendinin ötürməsindən sonra komanda kombinasiyasını dəqiq zərbə ilə tamamlayıb və hesabı 3:0 edib.
