“İnter Mayami”nin 39 yaşlı futbolçusu Lionel Messi Argentina milli komandasının qarşıdakı yoldaşlıq oyunları üçün heyətə dəvət alıb.
İdman.Biz xəbər verir ki, bu barədə Argentina Futbol Assosiasiyasının (AFA) mətbuat xidməti məlumat yayıb.
Argentina sentyabrın 30-da Boliviya, oktyabrın 3-də Burkina-Faso, oktyabrın 6-da isə Beninlə qarşılaşacaq.
Daha əvvəl Beninlə matçın Messi üçün vida oyunu olacağı bildirilib. 2022-ci il dünya çempionuna Buenos-Ayresdəki “Monumental” stadionunda xüsusi vida mərasiminin təşkili planlaşdırılır. Həmçinin 2022-ci il dünya çempionatında qalib gələn Argentina millisinin bütün üzvlərinin Beninlə oyuna dəvət olunacağı gözlənilir.
Messi avqustun 31-də Argentina millisindəki karyerasını başa vurduğunu açıqlayıb. O, millinin heyətində 207 oyun keçirib, 125 qol vurub və 68 məhsuldar ötürmə verib.
