“Atletiko Nasional”ın futbolçusu Xames Rodriges Kolumbiya millisində karyerasını başa vurub.
İdman.Biz xəbər verir ki, 35 yaşlı futbolçu bu barədə sosial şəbəkə hesabında paylaşım edib.
“Vaxt gəldi. Birlikdə keçirdiyimiz hər oyun, hər sevinc, hər göz yaşı və hər arzu üçün təşəkkür edirəm. Kolumbiya millisinin rənglərini qorumaq mənim üçün ən böyük şərəf idi. Təşəkkürlər, Kolumbiya. Əbədi”, - deyə Rodriges bildirib.
Xames Rodriges Kolumbiya millisində 131 oyun keçirib və 31 qol vurub. O, 2014-cü ildə Braziliyada keçirilən dünya çempionatında 6 qolla turnirin ən yaxşı bombardiri olub.
