ÇL: Mbappe Keyni qabaqlayıb

Xəbərlər
8 Mart 2024 19:43
110
ÇL: Mbappe Keyni qabaqlayıb

PSJ-nin forvardı Kilian Mbappe Çempionlar Liqasında həftənin oyunçusu seçilib.

İdman.biz xəbər verir ki, o, “Real Sosyedad”la 1/8 finalın cavab matçının qəhrəmanı olub.

Fransalı hücumçu 2:1 hesabı ilə yekunlaşan qarşılaşmada hər iki qolu rəqib qapısından keçirib. O, həftənin oyunçusu nominasiyasında Harri Keyn (“Bavariya”), Manuel Akanji (“Mançester Siti”), Villi Orbanı (“Leypsiq”) qabaqlayıb.

Qeyd edək ki, Mbappe Çempionlar Liqasında 2023/2024 mövsümündə 8 oyunda 6 qol vurub.

İdman.biz