“Sabah” futbol klubunun Bakı Olimpiya Stadionuna (BOS) nə vaxt köçəcəyi məlum olub.
Bu barədə “Sabah” futbol klubunun mətbuat katibi Elnur Həmidov İdman.Biz-ə məlumat verib.
Bildirilib ki, komanda oktyabrın 5-dən sonra məşqlərini yenilənmiş stadionda keçirəcək.
UEFA nümayəndələri BOS-da baxış keçirib və stadionun Çempionlar Liqası matçlarını qəbul etməsinə razılıq veriblər. Hazırda arenada ot örtüyünün uyğun vəziyyətə gətirilməsi istiqamətində işlər davam etdirilir.
Qeyd edək ki, “Sabah” Çempionlar Liqasının Liqa mərhələsində ilk ev oyununu oktyabrın 13-də keçirəcək. Paytaxt təmsilçisi həmin gün Çexiyanın “Slaviya” klubunu qəbul edəcək. Qarşılaşma Bakı vaxtı ilə saat 20:45-də başlayacaq.
