Portuqaliya Futbol Federasiyasının prezidenti Pedro Proensa milli komandada Kriştianu Ronaldu ilə baş məşqçi Joze Jezus arasında yaranan münaqişəni həll etmək üçün Kopenhagendə gedib.
İdman.Biz “A Bola”ya istinadən xəbər verir ki, artıq Proensa tərəflər arasında yaranmış fikir ayrılığını aradan qaldırmaq üçün Ronaldu və Jezusla görüşüb.
Məlumata əsasən, Jezus Millətlər Liqasının Norveçə qarşı səfər oyununda 41 yaşlı Ronaldo ilə bağlı ilkin olaraq onu meydana buraxmağı planlaşdırmayıb. Baş məşqçi hücumçuya ikinci hissədə təxminən 30 dəqiqə oynamaq imkanı vermək niyyətində olub. Lakin Ronaldo qarşılaşmada ümumiyyətlə meydana çıxmayıb.
Bu, Ronaldo üçün son 18 ildə ilk dəfə rəsmi matçda meydanda görünməməsi olub. Qarşılaşmanın final fitindən sonra portuqaliyalı ulduz azarkeşlərə təşəkkür etmədən birbaşa paltardəyişmə otağına yollanıb.
Ronaldu sentyabrın 29-da isə komandanın ümumi məşqində iştirak etməyib və fərdi olaraq trenajor zalında çalışıb.
Qeyd edək ki, Portuqaliya oktyabrın 1-də Millətlər Liqasının qrup mərhələsində Danimarka ilə qarşılaşacaq. İki turdan sonra portuqaliyalılar A4 qrupunda 6 xalla liderdir. Danimarka və Norveçdən 3 xal öndə olan Portuqaliya millisi turnirdə mübarizəni davam etdirir.
