Qvardiola Səudiyyə Ərəbistanından gələn bütün təklifləri rədd etdi

18 Noyabr 2026 20:56
42
Qvardiola Səudiyyə Ərəbistanından gələn bütün təklifləri rədd etdi

“Mançester Siti”nin sabiq baş məşqçisi Pep Qvardiola Səudiyyə Ərəbistanından aldığı təklifləri nəzərdən keçirməkdən imtina edib.

İdman.Biz xəbər verir ki, bu barədə ispaniyalı mütəxəssisin agenti Xosep Mariya Orobitq açıqlama verib.

“Son günlər Səudiyyə Ərəbistanından vasitəçilər üzərindən bir neçə təklif almışıq. Lakin Qvardiola hazırda bunların heç birini nəzərdən keçirməyə qətiyyən razı deyil”, - deyə agent bildirib.

Orobitq təklif göndərən klubların adlarını açıqlamayıb.

Agent Qvardiolanın gələcək planlarına da aydınlıq gətirib:

“Pep gələcəyi ilə bağlı rəsmi danışıqlara yalnız növbəti mövsümün başlanmasına yaxın başlayacaq. Hazırda onun qərarı qətidir”.

Qeyd edək ki, 2026-cı ilin yayında “Mançester Siti”dən ayrılan Qvardiola məşqçilik fəaliyyətinə fasilə verib. İspaniyalı mütəxəssis 2016-cı ildən rəhbərlik etdiyi İngiltərə klubunda altı dəfə Premyer Liqanın, bir dəfə isə Çempionlar Liqasının qalibi olub.

İdman.Biz