Yamal: “Mən yalnız “Qızıl top” üçün oynamıram”

30 Sentyabr 2026 09:52
66
Yamal: “Mən yalnız “Qızıl top” üçün oynamıram”

İspaniya millisinin və “Barselona”nın futbolçusu Lamin Yamal “Qızıl top” mükafatı ilə bağlı suala cavab verib.

İdman.Biz xəbər verir ki, 19 yaşlı vingerin açıqlamasını İspaniya mətbuatı dərc edib.

Belə ki, Yamal çərşənbə axşamı Millətlər Liqasının Xorvatiyaya qarşı keçirilən oyununda (4:1) dubl edib və bir məhsuldar ötürmə verib. Qarşılaşmadan sonra jurnalistlər yenidən futbolçudan “Qızıl top”la bağlı fikirlərini soruşublar.

“Mən yalnız “Qızıl top” üçün oynamıram. Özüm üçün, azarkeşlər üçün və komandamızın qələbələri naminə oynayıram.

“Qızıl top”u qazana biləcəyimi hiss edirəm? Bilmirəm, mən səs vermirəm”, – deyə Yamal müsahibəsində bildirib.

İdman.Biz