“Əl-Nəsr”in futbolçusu Joau Feliks 2026-cı ilin “Qızıl top” mükafatını “Barselona” və İspaniya millisinin futbolçusu Lamin Yamala verəcəyini bildirib.
İdman.Biz xəbər verir ki, Feliks AS-a açıqlamasında mükafatın futbol tarixində iz qoymağa layiq və izləyicini heyran edən futbolçuya təqdim edilməli olduğunu deyib.
““Qızıl top” həmişə baxdığın və “Vau!” dediyin futbolçuya verilməlidir. Mükafatı ulduz olan və futbol tarixində qalmağa layiq oyunçu qazanmalıdır. Televizoru açıb gözünü çəkmədən izləməyə vadar edən belə bir futbolçu varsa, o da Lamin Yamaldır. Bəli, Mbappe və Keyn çox yaxşı mövsüm keçiriblər. Ancaq Lamin futbolun əsl formasının təcəssümüdür. Bundan başqa, o, dünya çempionu olub. Dünya çempionatının keçirildiyi ildə bu turnirdə qalib gəlmək “Qızıl top”a yaxınlaşmaq istəyirsənsə, çox vacibdir”, - deyə Feliks vurğulayıb.
