Obameyanq Avropa Liqasının tarixinə düşüb

Xəbərlər
8 Mart 2024 02:27
455
Obameyanq Avropa Liqasının tarixinə düşüb

“Marsel”in forvardı Pyer-Emerik Obameyanq Avropa Liqasının tarixinə düşüb.

İdman.biz xəbər verir ki, qabonlu hücumçu əvvəllər UEFA kuboku adlanan turnirin ən sərrast futbolçusu olub.

Avropa Liqasında 1/8 finalın “Vilyarreal”la ilk oyununda iki qol vuran Obameyanq isveçli həmkarı Henrik Larssonun nəticəsini yaxşılaşdırıb. Bu görüşədək hər iki forvardın hesabında 31 top olub. Qollarının sayını 33-ə yüksəldən Pyer-Emerik bu nominasiyada vahid liderliyə yüksəlib.

Qeyd edək ki, “Marsel” 4:0 hesabı ilə qələbə qazanıb.

İdman.biz