Təbrizin “Traktor” futbol komandası Asiya Çempionlar Liqasına itkilərlə çıxır

14 Sentyabr 2026 08:30
94
Təbrizin “Traktor” futbol komandası Asiya Çempionlar Liqasına itkilərlə çıxır

Asiyanın ən nüfuzlu klub turnirlərindən biri olan AFC Çempionlar Liqası Elit turnirində yeni mövsümə bu gün start veriləcək.

İdman.Biz xəbər verir ki, Qərb zonasında ilk turun oyunları çərçivəsində Təbrizin “Traktor” komandası BƏƏ təmsilçisi “Şabab Əl-Əhli”nin qonağı olacaq. Qarşılaşma Dubaydakı “Rəşid” stadionunda keçiriləcək və Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.

“Traktor” matça ciddi itkilərlə çıxacaq. Komandanın əsas qapıçısı Əlirza Beyranvənd diskvalifikasiya səbəbindən qarşılaşmada iştirak etməyəcək. O, ötən mövsüm AFC Çempionlar Liqası Elit turnirində “Şabab Əl-Əhli” ilə oyunda qırmızı vərəqə alıb. Beyranvəndin komandaya Dubay səfərində də qoşulmadığı bildirilir. Onun əvəzinə qapını Parsa Cəfərinin qoruması gözlənilir.

Bundan başqa, Mehdi Torabi və Mehdi Haşemnejad da zədə səbəbindən heyətdə olmayacaqlar.

İdman.Biz