Əşrəf Hakimi sıradan çıxıb

14 Sentyabr 2026 09:28
86
Əşrəf Hakimi sıradan çıxıb

Futbol üzrə Mərakeş milli komandasının sağ cinah müdafiəçisi Əşrəf Hakimi PSJ ilə “Brest” arasındakı oyunun ilk hissəsində zədələnib və onun əvəzinə ispaniyalı Fabian Ruiz meydana daxil olub.

İdman.Biz xəbər verir ki, cari mövsümdə Paris klubunun heyətində ən çox meydanda olan futbolçu ilk hissənin 37-ci dəqiqəsində yerə uzanaraq sağ ayağının içəri gətirici əzələsində (adduktor) ağrı olduğunu bildirib. Bundan sonra ona tibbi yardım göstərilib və futbolçu əvəzlənib.

Hakimin zədəsinin nə dərəcədə ciddi olduğu isə keçiriləcək tibbi müayinələrdən sonra müəyyənləşəcək.

Qeyd edək ki, PSJ Liqa 1-in dördüncü turunda “Brest”in qonağı olub. Oyun qonaqların 1:0 hesablı qələbəsi ilə yekunlaşıb.

İdman.Biz
Məqalədə: