Zidan Fransa millisi üçün ilk siyahı ərəfəsində “Formula-1” yarışına gedib

14 Sentyabr 2026 05:13
100
Zidan Fransa millisi üçün ilk siyahı ərəfəsində “Formula-1” yarışına gedib

Fransa futbol millisinin yeni baş məşqçisi Zinəddin Zidan Madriddə keçirilən “Formula-1” üzrə İspaniya Qran-prisinin qonaqları arasında olub.

İdman.Biz “RMC Sport”a istinadən xəbər verir ki, fransalı mütəxəssis yarış həftəsonundan böyük zövq aldığını bildirib. Zidan paddokda bir sıra tanınmış şəxslərlə görüşüb və Qran-prini yerində izləyib. İspaniya Qran-prisində futbol dünyasından bir çox məşhur sima da iştirak edib.

“Burada olmaqdan həqiqətən çox xoşbəxtəm”, - deyə Zidan bildirib.

54 yaşlı mütəxəssis üçün əsas diqqət isə artıq Fransa millisinə yönəlib. O, iyulun 28-də Didye Deşamın yerinə yığmanın baş məşqçisi təyin edilib.

Zidan Fransa millisinin sükanı arxasında ilk heyət siyahısını sentyabrın 18-də açıqlayacaq. Komanda onun rəhbərliyi altında ilk oyununu sentyabrın 25-də UEFA Millətlər Liqasında Türkiyəyə qarşı keçirəcək. Ardınca fransızlar Belçika, İtaliya və yenidən Belçika ilə qarşılaşacaqlar.

Qeyd edək ki, Zidanın Fransa millisi ilə müqaviləsi dörd il müddətinə nəzərdə tutulub.

İdman.Biz