İspaniyanın “Xetafe” futbol komandasının müdafiəçisi Xohan Mohika La Liqada Lamin Yamal və Adama Traore kimi sürətli futbolçularla duellərdən zövq aldığını bildirib.
İdman.Biz AS-a istinadən xəbər verir ki, kolumbiyalı futbolçu bu tip qarşıdurmaların onun oyun üslubuna uyğun olduğunu söyləyib.
Mohika xüsusilə Lamin Yamalla duelləri fərqləndirib:
“Laminlə rəqslərin necə olduğunu hamı bilir. Belə duelləri çox sevirəm. Adama Traore və İnyaki Uilyamsla qarşılaşmalarım da çox sərt olub. Mohikaya qarşı oynayanda müdafiə etməli olduqlarını bilirlər”.
34 yaşlı futbolçu “Barselona” ilə növbəti oyunu da səbirsizliklə gözlədiyini gizlətməyib.
“O, mənimlə rəqs etməyin necə olduğunu bilir. Bu, idman rəqabətinin və sağlam mübarizənin bir hissəsidir”, - deyə Mohika Lamin Yamal barədə danışıb.
