İngiltərə, İspaniya, İtaliya və Türkiyə futbol çempionatlarında bu gün növbəti oyunlar keçiriləcək.
İdman.Biz xəbər verir ki, İngiltərə Premyer Liqasında günün yeganə görüşündə “Lids” “Nyukasl”ı qəbul edəcək.
İspaniya La Liqasında “Vilyarreal” doğma meydanda “Real Betis”lə qarşılaşacaq.
İtaliya A Seriyasında üç oyun nəzərdə tutulub. “Komo” “Parma”nı, “Torino” “Roma”nı, “İnter” isə “Udineze”ni qəbul edəcək.
Türkiyə Superliqasında “Qaziantep” və “Fənərbağça” üz-üzə gələcəklər.
İngiltərə Premyer Liqası
23:00 “Lids” - “Nyukasl”
İspaniya La Liqası
23:00 “Vilyarreal” - “Real Betis”
İtaliya A Seriyası
20:30 “Komo” - “Parma”
20:30 “Torino” - “Roma”
22:45 “İnter” - “Udineze”
Türkiyə Superliqası
21:00 “Qaziantep” - “Fənərbağça”
