Setyen qovuldu

Xəbərlər
5 Sentyabr 2023 16:30
85
Setyen qovuldu

İspaniyanın "Vilyarreal" klubu 2023/2024 mövsümünün başlamasından 4 oyun sonra baş məşqçi Enrike Setyenin vəzifəsindən uzaqlaşdırıldığını açıqlayıb.

"Vilyarreal"ın rəsmi saytında dərc olunan açıqlamada klub 64 yaşlı mütəxəssisə ötən mövsümdə gördüyü işlərə görə təşəkkür edib və ona gələcək karyerasında uğurlar arzulayıb.

2023/2024 mövsümünün əvvəlində "Vilyarreal" daxili çempionatın dörd oyununda üç məğlubiyyət alıb və İspaniya çempionatının turnir cədvəlində 15-ci yerdə qərarlaşıb. IV turun matçında "sarı sualtı qayıq" "Kadis"ə 1:3 hesabı ilə uduzub.

"Vilyarreal" son kampaniyanı beşinci yerdə başa vuraraq Avropa Liqasına vəsiqə qazanıb. Setyenin komandası Çempionlar Liqasına gedən dördlükdən cəmi 7 xal geri qalıb.

İdman.biz