UEFA Rusiya klubları üçün mümkün avrokubok kvotalarını müəyyənləşdirib

11 Sentyabr 2026 15:08
74
UEFA Rusiya klubları üçün mümkün avrokubok kvotalarını müəyyənləşdirib

UEFA Rusiya futbol klublarının 2027/28 mövsümündə avrokuboklara mümkün qayıdışı üçün ilkin kvotaları müəyyənləşdirib.

İdman.Biz xəbər verir ki, diskvalifikasiya aradan qaldırılarsa, Rusiyanı UEFA turnirlərində dörd klub təmsil edəcək.

2026/27 mövsümünün Rusiya çempionu Çempionlar Liqasına birinci təsnifat mərhələsindən başlayacaq. Ölkə kubokunun qalibi Avropa Liqasının birinci təsnifat mərhələsinə vəsiqə əldə edəcək.

Rusiya Premyer Liqasında ikinci və üçüncü yerləri tutan komandalar isə Konfrans Liqasının ikinci təsnifat mərhələsindən mübarizəyə qoşulacaqlar.

UEFA bu bölgünün ilkin xarakter daşıdığını vurğulayıb.

Qeyd edək ki, Rusiya milli komandaları və klubları 2022-ci ilin fevralından UEFA və FIFA turnirlərində iştirak etmir. UEFA-nın hazırkı rəsmi sənədlərində də Rusiya klublarının növbəti bildirişədək turnirlərdən kənarlaşdırıldığı qeyd olunur.

İdman.Biz