"Barselona" Onanaya 40 milyon ödəsə də...

Xəbərlər
26 Fevral 2024 18:29
152
"Barselona" Onanaya 40 milyon ödəsə də...

“Barselona” yayda yarımmüdafiəçi Amadu Onananı transfer etməyi planlaşdırıb.

İdman.biz xəbər verir ki, Kataloniya klubu afrikalı futbolçuya görə, 40 milyon avro ödəməyə hazırdır.

Amma “Everton” Onananı daha yüksək qiymətə satmaq arzusundadır. İngiltərə təmsilçisinin Seneqal yığmasının üzvünü 60 milyon qiymətləndirir. Maliyyə problemləri yaşayan “Barselona”nın bu rəqəmi ödəməsi rel görünmür.

Qeyd edək ki, Amadu ilə İngiltərənin “Arsenal” və “Mançester Yunayted” klubları da maraqlanır.

İdman.biz

Məqalədə: