Ronaldu Norveçlə oyuna ehtiyatda başlayacaq

27 Sentyabr 2026 21:39
74
Ronaldu Norveçlə oyuna ehtiyatda başlayacaq

Portuqaliya millisinin hücumçusu Kriştianu Ronaldu UEFA Millətlər Liqasının Norveçlə oyununa start heyətində başlamayacaq.

İdman.Biz “A Bola”ya istinadən xəbər verir ki, baş məşqçi Jorje Jezuş 41 yaşlı futbolçunu ehtiyat oyunçular skamyasında saxlayıb. Hücum xəttində Qonsalu Ramuşun start heyətində meydana çıxacağı gözlənilir.

Portuqaliya millisində Bruno Fernandeş və Fabio Silva isə ümumiyyətlə matçın iştirak ərizəsinə daxil edilməyiblər. Bruno Fernandeşin fiziki problemləri olduğu bildirilir, Fabio Silva ilə bağlı qərar isə məşqçi seçimi kimi göstərilib.

Qeyd edək ki, Norveç - Portuqaliya görüşü UEFA Millətlər Liqasının A Liqasının dördüncü qrupunun ikinci turuna təsadüf edir.

İdman.Biz