Ronaldu azyaşlı azarkeşlərə görə mühafizəçiləri saxladı - VİDEO

27 Sentyabr 2026 18:40
95
Ronaldu azyaşlı azarkeşlərə görə mühafizəçiləri saxladı - VİDEO

Portuqaliya millisinin hücumçusu Kriştianu Ronaldu azarkeşlərlə bağlı jesti ilə diqqət çəkib.

İdman.Biz xəbər verir ki, mühafizəçilər futbolçuya yaxınlaşmaq istəyən iki azyaşlını ərazidən uzaqlaşdırmağa çalışıblar.

Ronaldu vəziyyətə müdaxilə edərək təhlükəsizlik əməkdaşlarını saxlayıb və balaca qızların onun yanına buraxılmasını istəyib.

Bundan sonra portuqaliyalı ulduz azarkeşlərlə birlikdə xatirə şəkli çəkdirib.

İdman.Biz