“Beşiktaş” səfərdə, “Trabzonspor” evdə 3 xal qazanıb - VİDEO

Xəbərlər
25 Fevral 2024 23:19
315
“Beşiktaş” səfərdə, “Trabzonspor” evdə 3 xal qazanıb - VİDEO

Bu gün Türkiyə Superliqasının daha 4 oyunu baş tutub.

İdman.biz xəbər verir ki, “Beşiktaş” səfərdə autsayderi məğlub edib.

“Qara qartallar” 2:0 hesabı ilə qalib gəliblər. Komandanın qollarını Semih və Muci vurublar.

“Trabzonspor” isə Şahruddin Məhəmmədəliyevin çıxış etdiyi “Adana Dəmirspor”a qalib gəlib. Oyun 1:0 hesabı ilə yekunlaşıb.

Türkiyə Superliqası
27-ci tur

“Sivasspor” – “Pendikspor” – 4:1
“Karagümrük” – “Alanyaspor” – 1:1
“Trabzonspor” – “Adana Dəmirspor” – 1:0

“İstanbulspor” – “Beşiktaş” – 0:2

İdman.biz