Roberto Karlos “Qızıl top” üçün favoritini açıqladı

24 Sentyabr 2026 22:34
91
Roberto Karlos “Qızıl top” üçün favoritini açıqladı

Madrid “Real”ının keçmiş futbolçusu Roberto Karlos 2026-cı il “Qızıl top” mükafatının qalibi ilə bağlı fikrini açıqlayıb.

İdman.Biz AS nəşrinə istinadən xəbər verir ki, braziliyalı əfsanəvi futbolçu “qaymaqlılar”ın və Fransa millisinin hücumçusu Kilian Mbappeni favorit hesab edir.

“‘Qızıl top’u kim almalıdır? Kilian Mbappe”, – deyə Roberto Karlos bildirib.

Daha əvvəl Mbappe də 2026-cı ildə bu mükafata layiq olduğunu düşündüyünü bildirib.

Qeyd edək ki, 2026-cı il “Qızıl top” mükafatının təqdimetmə mərasimi oktyabrın 26-da Londonda keçiriləcək. 70-ci dəfə təşkil olunacaq mərasimdə qalib FIFA reytinqində ilk 100-lükdə yer alan ölkələrdən 100 jurnalistin səsverməsi əsasında müəyyənləşəcək.

İdman.Biz