Münhen “Bavariya”sı “Barselona”nın futbolçusu Dani Olmonu növbəti transfer pəncərəsində heyətinə qatmağa cəhd göstərəcək.
İdman.Biz “Sky Sports”a istinadən xəbər verir ki, Münhen klubunun Olmoya marağının səbəbi digər komandaların Camal Musiala və Maykl Oliseyə artan marağıdır. “Bavariya” hücum xəttinə yeni oyunçu transfer etmək zərurəti yaranacağı təqdirdə Olmonu variantlardan biri kimi nəzərdən keçirir.
Dani Olmo 2024-cü ilin avqustunda Zaqreb “Dinamo”sundan “Barselona”ya keçib. 28 yaşlı futbolçu cari mövsümdə bütün turnirlərdə səkkiz matçda iştirak edib, üç qol vurub və bir məhsuldar ötürmə verib.
