PSJ və İspaniya millisinin futbolçusu Fabian Ruis “Qızıl top” uğrunda mübarizədə üstünlüklərindən danışıb.
İdman.Biz xəbər verir ki, futbolçu ötən mövsüm ən çox titul qazanan oyunçu olduğunu vurğulayıb.
“Niyə “Qızıl top”u qazanmağa layiqəm? Sonda hamı bunu bilir – ötən mövsüm qazandığım titullar. Açıq-aydın, ən çox titul qazanan oyunçu mənəm, amma özümü reklam etməyi başqalarına buraxıram.
Əlbəttə, hər kəs gördüyü işin layiqincə qiymətləndirilməsini istəyir. Düşünürəm ki, görülən bütün işlərə görə tanınmaq çox xoşdur. Niyə də olmasın? Ümid edirəm ki, bir gün mən də fərdi kuboku başımın üzərinə qaldıra biləcəyəm”, – deyə Ruis "Onda Sero"ya açıqlamasında bildirib.
Qeyd edək ki, “Qızıl top” mükafatının təqdimetmə mərasimi oktyabrın 26-da Londonda keçiriləcək.
